Ərdoğandan Twitter-ə ciddi ittiham

Ərdoğandan Twitter-ə ciddi ittiham
  13 Aprel 2014    Oxunub:1593
Türkiyənin baş naziri: "Twitter, Youtube və Facebook - beynəlxalq korporasiyaları yalnız mənfəət əldə etmək üçün yaradılıb"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Twitteri vergidən yayınmada günahlandırıb.

AzVision.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan istintaq başlanacağına içarə verib. ”Twitter, Youtube və Facebook - beynəlxalq korporasiyaları yalnız mənfəət əldə etmək üçün yaradılıb. Twitterdə vergidən yayınma halları baş verib. Biz bunu araşdıracağıq" - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Əvvəllər baş nazir dəfələrlə sosial şəbəkələrin bağlanması ehtimalını bəyan etmişdi. O, bu şəbəkələrdə dərc olunmuş materiallarda dövlət sirrlərini yayma və şəxsi həyata müdaxilə səbəbindən bu ehtimalın olduğunu qeyd edib.



Teqlər:





Xəbər lenti