Twitter Türkiyədə öz ofisini açır

Twitter Türkiyədə öz ofisini açır
  11 Aprel 2014    Oxunub:1571
AzVision.az xəbər verir ki,"Twitter" rəhbərliyi Türkiyədə öz ofisinin açılması ilə bağlı ölkə rəsmiləri ilə danışıqlar aparır.

Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan məlumat verib.

Nazirin sözlərinə görə, "Twitter" nümayəndələri bu ay Türkiyəyə gələcəklər.

"Onlar Türkiyənin informasiya və kommunikasiya texnologiyaları üzrə dövlət orqanı nümayəndələri ilə birlikdə ölkədə ofisinin açılması perspektivlərini müzakirə edəcəklər", - Əlvan deyib.



Teqlər:  





Xəbər lenti