Məşhur sərgilər ilk dəfə böyük ekranda Park Cinemada

15:45   13 İyul 2017    Oxunub: 549

12 iyulda Park Cinema Flame Towers-da incəsənət haqda böyük ekranda sənədli filmlərə həsr olunmuş press-konfrans keçirilib.

“Bildiyiniz kimi, 7 il ərzində British Council Park Cinema ilə Avropa İttifaqının Azərbaycanın nümayəndəliyi tərəfindən keçirilən Avropa film festivalı layihəsi çərçivəsində əməkdaşlıq edir. Bu il isə British Council-ın təşəbbüsü ilə Park Cinemada yeni layihəyə start veririk. Belə ki, məhşur britaniyalı rejissor Fil Qrabskinin sərgi filmləri artıq böyük ekranda göstəriləcək.

İncəsənət haqda sənədli filmlərin böyük ekranda nümayişi ilk dəfə Böyük Britaniyada kerilmişdir, hazırda bu filmlər Rusiya, Qazaxstan, Gürcüstan, Belarusiya, Ukrayna, Azərbaycan və digər ölkələr daxil olmaqla bütün dünyada böyük rəğbət qazanaraq göstərilir. Bakı sakinləri və qonaqlar üçün bu layihə incəsənətə daha yaxın olmaq şansı yaradır” – deyə Musa Axundov, Park Cinemanın Marketinq üzrə Direktoru bildirib.

“Film-sərgilər böyük ekanlar üçün xüsusi yaradılmışdır. Onlar yüksək görüntü keyfiyyətinə malik olmaqla dahi rəssamların əsərlərinə sözün əsl mənasında yeni gözlə baxmaq imkanı yaradır. Leonardo da Vinçi, Yan Vemeyer və Vinsent Van Qoqun əsərləri artıq yalnız muzey eksponatı olmaqla kifayyətlənməyəcək! Fil Qrabskinin adı incəsənətə dəyər verənlər üçün yaxşı tanışdır: artıq neçə ildir ki, ardı-ardına Fil Qrabski TheatreHD dəstəyi ilə unikal layihələrini təqdim edir.

Bu cür sərgilərə qatılmaq şansı nəin ki, turistlər üçün, hətta bəzən yerli sakinlər üçün də əlçatmazdır (kilometrələrcə növbə, saatlarla gözləmə və s.)! Odur ki, Fil Qrabskinin olduqca gözəl lentə alınmış, həmçinin ekspert və ən yaxşı bələdçilərin işləri ilə tamamlanmış filmləri - incəsənətlə maraqlananlar üçün əsl hədiyyədir” – deyə Elizabet Vayt, British Council-ın Direktoru qeyd edib.

Konfransda, həmçinin, məhşur britaniyalı rejissor Fil Qrabskinin Azərbaycanda incəsənət sevərlər üçün ünvanladığı maraqlı ismarıc da təqdim olundu.

16 iyuldan hər bazar günü Bakı sakinləri Park Cinema Flame Towers-da dünya sərgilərinə səyahət edə biləcəklər.

Daha ətraflı cədvəl ilə parkcinema.az saytında tanış ola bilərsiniz.
Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

British Council — təhsil sahəsində mədəni əlaqələr və imkanları inkişaf etməkyə yönələn beynəlxalq Britaniya təşkilatıdır. Bugün biz Böyük Britaniya xalqı və digər ölkələr ilə dostluq və qarşılıqlı anlaşma qururuq. Böyük Britaniyanın mədəni resurslarından faydalanaraq biz fəaliyyət göstərdiyimiz ölkələrdə müsbət dəyişikliklərə imza atırıq – yeni imkanlar yaradaraq, əlaqələr quraraq və güvən qazanaraq həyatı dəyişirik.

AzVision.az

Teqlər: Park-Cinema    




Rubrikanın digər yazıları