Cek Sərçə İMAX fanatları ilə daha tez görüşəcək

17:00   16 May 2017    Oxunub: 690

Park Cinema kinoteatrlar şəbəkəsi İMAX fanatları və Kapitan Cek Sərçəni daha əvvəl görmək üçün növbəti eksklüzivi təqdim edir.

Bu ilin ən çox gözlənilən filmi “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” İMAX formatında dünya premyerasından tez, 23-24 may tarixlərində Park Cinema Flame Towers-da nümayiş olunacaq.

Biletləri artıq kinoteatrın rəsmi saytından almaq olar.

Filmin beşinci hissəsi də kapitan Cek Sərçənin (Conni Depp) sərgüzəştlərindən bəhs edir. Sərçəni köhnə düşməni, kapitan Salazar (Xaviyer Bardem) kabuslardan ibarət komandası ilə onu axtarır. Kapitan Hektor Barbossa (Ceffri Raş) kənarda qalmayacaq və Sərçəni axtaranlara qoşulacaq. Ceki yalnız Poseydonun üçbaşlı əsası xilas edə bilər. Artefakt yalnız çətinliklərdən yaxa qurtarmağa imkan verməyəcək, həmçinin sahibinə dənizlər üzərində tam nəzarət verəcək. Lakin kapitan Cek Sərçə yaxşı anlayır ki, kapitan Hektor Barbossanın köməyi olmadan bu işin öhdəsindən gələ bilməyəcək. Çünki onda çox güclü artefakt - Qara Saqqalın qılıncı var.

Qeyd edək ki, franşizanın beşinci hissəsinin olacağı hələ 2011-ci ildə elan olunmuşdu. Ssenari üzərində işlər 2013-cü ildə başlayıb. Filmin çəkilişlərinin başlama tarixini, həmçinin premyera tarixini maliyyə çatışmazlıqlarına görə iki dəfə təxirə salınıb. Filmin çəkilişləri tam olaraq Avstraliyada həyata keçirilib. Bu ölkədə olan çəkilişlərə görə Avstraliya hökuməti film yaradıcılarına 20 milyon dollar dəyərində maliyyə güzəşti ediblər.

Baş rolun əvəzedilməz ifaçısı Conni Depp növbəti dəfə layihəyə olan sevgisini göstərdi – “Quldurlar”-a qədər o heç vaxt sikvellərdə işləməyə razılıq verməyib.

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Park-Cinema   Cek-Sərçə    




Rubrikanın digər yazıları