`Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur` - Rusiya səfirliyi

`Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur` - Rusiya səfirliyi
  22 Fevral 2017    Oxunub:1862
Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda təcridxanada saxlanılan bloqqer Aleksandr Lapşinin hüquqlarının tam şəkildə müdafiə edildiyindən əmin olub.

Bunu Rusiya səfirliyinin mətbuat katibi Denis Apaşkin deyib. Məlumata görə, A.Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

Səfirlik nümayəndəsi bildirib ki, konsulluq rəsmiləri Azərbaycan hökumətindən müvafiq icazə alındıqdan sonra A.Lapşini ziyarət edəcək.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti