`Ermənilərin itkiləri daha da artacaq` - Hərbi ekspert

`Ermənilərin itkiləri daha da artacaq` - Hərbi ekspert
  19 Yanvar 2017    Oxunub:6330
Ermənistan işğala son qoymadıqca cəbhədəki itkiləri daha da artacaq.

AzVision.az xəbər verir ki, bu fikri hərbi ekspert, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev cəbhə xəttində Ermənistan ordusunun itkiləri barədə məlumatları Azərtac-a şərh edərkən bildirib.

Ermənistan mətbuatının qısa müddətdə cəbhə xəttində ermənilərin üç hərbçini itirməsi barədə məlumat yaydığını vurğulayan M.Hadıyev qeyd edib: “Həmişə olduğu kimi, Azərbaycan Ordusu yenə də təxribat törədən düşmənə layiqli cavab verərək onu itkilərə məruz qoyub. Ermənilər anlamalıdırlar ki, bu vəziyyət torpaqlarımızın işğalına son qoyulanadək və təxribatlar törədildiyi müddətdə davam edəcək. Artıq biz bunun şahidiyik və Ordumuza güvənirik. Ermənilər şübhə etməsinlər ki, hər bir əsgərimizin qisası tezliklə və artıqlaması ilə alınacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti