Saat 17:00-ə olan nəticələr: 63.6 faiz seçici səs verib

Saat 17:00-ə olan nəticələr: 63.6 faiz seçici səs verib
  26 Sentyabr 2016    Oxunub:1532
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi ümumxalq səsverməsinin (referendumun) saat 17:00-a olan nəticələrini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, mərkəzin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-dək seçicilərin 3 348 535 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 17:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 63.6 faiz təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 5 267 111 nəfər seçici var.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti