Ebru Gündeş boşanacağını təsdiqlədi: `Qərarım doğrudur`

Ebru Gündeş boşanacağını təsdiqlədi: `Qərarım doğrudur`
  25 Sentyabr 2016    Oxunub:4514
Türkiyəli müğənni Ebru Gündeş hazırda ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabdan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Zərrabın boşanma ilə bağlı mətbuata yaydığı açıqlamaya “Rza bəy lazım olanı deyib, qərarım doğrudur”-deyə cavab verib.

Qeyd edək ki, ABŞ-da həbsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrab vəkili vasitəsilə mətbuata açıqlama yayıb. Zərrab müğənni həyat yoldaşı Ebru Gündəşin ondan boşanmaq istədiyini bildirib:

“Ebru Gündəş 13 sentyabr 2016-cı ildə boşanmaq istədiyini vəkili vasitəsilə mənə bildirib. Boşanma prosesinin tez olması üçün mənə təzyiq ediblər və 23 sentyabrda boşanma ərizəsini mənə göndəriblər”.

Rza Zərrab çətin günlər yaşamasına baxmayaraq, həyat yoldaşının bu qərarını hörmətlə qarşıladığını deyib.

2010-cu ildə evlənən cütlüyün 5 yaşında Alara adlı bir qızı var.

AzVision.az


Teqlər:





Xəbər lenti