“İçkilərimiz niyə yığışdırılıb, bilmirik” – “Coca-Cola”

 “İçkilərimiz niyə yığışdırılıb, bilmirik” – “Coca-Cola”
  22 Avqust 2014    Oxunub:5772
Paytaxtda fəaliyyət göstərən iri dükanlardan “Coca-Cola” firmasının içkiləri yığışdırılıb. Böyük marketlərin əksəriyyətində “Coca-Cola”, “Fanta” və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb.
AzVision.az məsələ ilə bağlı “Coca-Cola” firması ilə əlaqə saxlayıb.

Firmadan sorğumuza cavab olaraq, şirkətin Qrup Korporativ Əlaqələr Üzrə Direktor Demokan Konyalıgil bildirib ki, bəzi supermarketlərdən “Coca-Cola”, “Fanta” və sair içkilərin yığışdırılmasından xəbərdardırlar:

“Şirkət olaraq bəzi mağazalardan məhsullarımızın bizə məlum olmayan səbəblərdən çıxarılmasını təsdiq edir və bu halların istehlakçılarımızın narahatçılığına səbəb olduğu üçün təəssüflənirik. Biz bu halları araşdırıb həll etmək üçün müvafiq dövlət qurumlarına müraciət edəcəkdir”.

Fatimə Kərimli
AzVision.az


Teqlər:





Xəbər lenti