"Təcili dəyişməliyik..." - Rövnəq Abdullayev

 "Təcili dəyişməliyik..." - Rövnəq Abdullayev
  28 Avqust 2015    Oxunub:2211
"Gözəl oyun oldu. "Qarabağ" ikinci dəfədir ki, qrup mərhələsinə vəsiqə qazanır. Qrup mərhələsində oynamaq Azərbaycan futbolunda bir ənənəyə çevrilib".
Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"a qalib gələrək (3:0) qrup mərhələsinə yüksəldiyi oyundan sonra deyib.

O, Ağdam klubuna bu gün belə gözəl anlar yaşatdığı üçün təşəküür edib:

"İnanıram ki, qrup mərhələsində də gözəl oyun sərgiləyəcəklər".

R.Abdullayev Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı tədbir görəcəklərini vurğulayıb:

"Ot örtüyünü təcili dəyişməliyik".

AFFA prezidenti "Qəbələ"yə də "Panatinaikos"la matçda uğurlar arzulayıb:

"İnanıram ki, Yunanıstandan da xoş xəbər eşidəcəyik".


Teqlər:





Xəbər lenti