Bakıda iki mərtəbəli ev yanıb

 Bakıda iki mərtəbəli ev yanıb
  02 Avqust 2015    Oxunub:1960
Bakının Nizami rayonunda iki mərtəbəli ev yanıb. AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40kv.m sahədə, 1 otağın tavanı 14 kv.m sahədə , 2-ci mərtəbədə 1 otağın tavanı 15 kv.m sahədə və evin çardağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti