"APA Holding"in 3 saytı bağlanıb

"APA Holding"in 3 saytı bağlanıb
  02 Mart 2015    Oxunub:2339
"APA Holding" bu media quruluşuna daxil olan bir neçə saytın bağlanmasına aydınlıq gətirib.
"APA Holding"in bununla bağlı yaydığı açıqlamada bildirilir ki, holdinqin fəaliyyətində struktur dəyişikliyi edilib.

Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb.

Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır. Bundan sonra saytların arxivi saxlanmaqla lent.az-da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.


Teqlər:





Xəbər lenti