Zaqatalada 5 otaqlı ev yanıb

Zaqatalada 5 otaqlı ev yanıb
  23 Yanvar 2017    Oxunub:1212
Gündüz saatlarında Zaqatalada yanğın faktı qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan birmərtəbəli kürsülü, 5 otaqlı evin 1 otağının tüstü bacasının ətrafı 5 m² yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti