Yük avtomobili ilə “Lada” toqquşub

Yük avtomobili ilə “Lada” toqquşub
  06 İyul 2015    Oxunub:2050
Bakıda bir nəfərin ölməsi ilə nəticələnən yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda "Lada" markalı minik avtomobili ilə "BMC" markalı yük avtomobili toqquşub.

Nəticədə “Lada” markalı minik avtomobili deformasiyaya uğrayıb, sürücüsü 1950-ci il təvəllüdlü Şabanov Eldar Sultan oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti