Yol qəzası - sürücü yanaraq öldü

Yol qəzası - sürücü yanaraq öldü
  20 Dekabr 2014    Oxunub:1427
Yevlax rayonu, Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun yanmış meyiti aşkar olunub.

Yanğınsöndürənlər F.İsmayılovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti