Yevlaxda yanğın, 6 baş heyvan tələf olüb

Yevlaxda yanğın, 6 baş heyvan tələf olüb
  25 İyun 2016    Oxunub:2018
Yevlaxda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Nemətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan tövlədə baş verib.

Nəticədə tövlənin qamışdan ibarət tavanı 180 kv.m sahədə və tövləyə bitişik yığılmış 15 ton ot bağlamasının 5 tonu yanıb. Yanğın zamanı tövlədə olan 5 baş xırda buynuzlu, 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti