Yaxın Şərqin ən güclü orduları - SİYAHI

Yaxın Şərqin ən güclü orduları - SİYAHI
  30 Oktyabr 2014    Oxunub:2595
Müharibələr və terrorizmin məngənəsinə düşən Yaxın Şərq ölkələrinin orduları barədə araşdırma aparılıb.

AzVision.az-ın ans-ə istinadən verdiyi məlumata görə, Türkiyənin ən güclü orduya sahib olduğunu ortaya çıxaran araşdırmada ölkələrin silahlı qüvvələrə ayırdığı büdcəsi, əsgər sayı, tank ilə hava vasitələri nəzərə alınıb.

"Businnessinsider"in apardığı araşdırmaya görə, Yəmən ordusunun 1.4 milyard dollarlıq büdcə il 15-ci sırada yer alır. 66 min 700 nəfərlik hərbi heyəti olan Yəmənin 1260 tankı və 281 təyyarəsi var.

14-cü sırada 1.7 milyard dollarlıq büdcəsi, 131 min 100 nəfərlik personalı, 318 tankı və 57 hava vasitəsi ilə Livan yer alıb.

13-cü sırada qərarlaşan İraq ordusunun 6 milyard dollarlıq büdcəsi, 271 min 500 aktiv əsgəri, 357 tankı və 212 təyyarəsi var.

12-ci sırada 730 milyon dollarlıq büdcəsi, 13 min nəfərlik şəxsi heyətə malik Bəhreyn ordusunu 180 tanka və 105 hava vasitəsinə sahibdir.

11-ci sırada qərarlaşan Qatar ordusu isə 1.9 milyard dollarlıq büdcəyə sahib olmaqla 11 min 800 aktiv döyüş personalına, 90 tankı və 72 hava vasitəsi ilə Orta Şərqin ən güclü silahlı qüvvələrindən biri hesab olunur.

10-cü sırada yer alan Küveyt ordusunun büdcəsi 5.2 milyard dollardır. Körfəz ölkəsinin 15 min 500 nəfərlik aktiv müharibəyə hazır ordusu var. 368 tank ilə 101 hava vasitəsinə sahib Küveyt kiçik bir ölkə olmasına baxmayaraq əhəmiyyətli hərbi gücə sahibdir.

9-cü sırada 6.7 milyard dollarlıq hərbi büdcəsi ilə Oman Sultanlığı qərarlaşıb. ABŞ və Birləşmiş Krallıq ilə yaxşı əlaqələri olan Omanın 72 min nəfərlik şəxsi heyəti olan ordusu, 215 tankı və 101 təyyarəsi var.

8-ci yerdə İordaniya ordusu yer alıb. Bu ölkənin 1.5 milyard dollarlıq hərbi büdcəsi və 110 min 700 aktiv silahlı qüvvəsi, 1321 tankı və 246 hərbi təyyarəsi var.

4 ildir daxili müharibəyə cəlb olunan Suriya ordusu 7-ci pillədədir. Suriya ordusunun büdcəsi 1.9 milyard dollar, 200 min nəfərlik silahlı qüvvəsi, 4 min 950 tankı və 473 hərbi təyyarəsi var.

Misir ordusu 4.4 milyard dollarlıq büdcə ilə 6-cı sıradadır. Bu ölkənin 468 min 500 nəfərlik ordusu, 4 min 767 tankı və 1100 hərbi təyyarəsi var.

6.3 milyard dollarlıq büdcəyə sahib İran ordusu 545 min nəfərlik şəxsi heyətə sahib olmaqla 5-ci sıradadır. İranın 2 min 409 tankı və 481 hərbi təyyarəsi var.

Özündə 7 Əmirliyi birləşdirən Birləşmiş Ərəb Əmirlikləri isə Yaxın Şərqin ən böyük 4-cü ordusuna sahibdir. 14.4 milyard dollarlıq büdcəyə sahib olan BƏƏ ordusunun 64 min nəfərlik silahlı qüvvəsi, 545 tank və 444 təyyarəsi var.

56.7 milyard dollarlıq hərbi büdcəsi ilə regionun ən böyük 3-cü ordusuna sahib olan Səudiyyə Ərəbistanı bölgə ölkələri arasında ən inkişaf etmiş hava qüvvələrinə malikdir. Ərəbistan ordusunun 233 min 500 əsgəri, 1095 tankı və 652 təyyarəsi var.

Yaxın şərqin ən güclü ordusu Türkiyə Silahlı Qüvvələri hesab olunur. 18.1 milyard dollarlıq büdcəsi olan Türkiyə ordusunun 410 min 500 nəfərlik personalı, 3 min 657 tankı və 989 təyyarəsi var.

"Businessinsider" saytının sıralamasına görə Yaxın şərqin ən güclü ölkəsi olan İsrailin 15 milyard dollarlıq hərbi büdcəsi var. İsrail ordusunun 176 min 500 personalı var. Ən modern silahlara sahib İsrailin 3 min 870 tankı və 680 təyyarəsi olduğu bildirilir.


Teqlər:





Xəbər lenti