Yanan binada təmir başladı – FOTOLAR

Yanan binada təmir başladı – FOTOLAR
  22 May 2015    Oxunub:5036
Bakının Binəqədi rayonunda iki gün öncə dəhşətli yanğın baş verən binada təmir işlərinə başlanılıb.
AzVision.az-ın məlumatına görə, əraziyə tikinti briqadası cəlb olunub. İlk olaraq binanın bir hissəsində qalan “penoplast” üzlüklər sökülür. Daha sonra binanın əsaslı təmirinə başlanılacaq.

Dövlət tərəfindən yananın binanın əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3000000,0 (üç milyon) manat vəsait ayrılıb.

Qeyd edək ki, martın 19-da baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb.









Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti