YAP-dan Avropa Parlamentinə etiraz

YAP-dan Avropa Parlamentinə etiraz
  20 Sentyabr 2014    Oxunub:1261
Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz edib.
AzVision.az xəbər verir ki, YAP-ın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Avropa Parlamentinin qətnaməsinin qərəzli olduğunu bildiirb.

Qeyd edib ki, Avropa Parlamentində bir qrup deputat Azərbaycan əleyhinə təbliğat aparmaqla, ölkəmiz haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldurlar.

`Əslində onların fikirlərinin arxasında tamam başqa məqsədlərin durduğu aydındır. Azərbaycanın müstəqil daxili və xarici siyasət aparması nədənsə Avropa Parlamentinin bir qrup deputatının maraqlarına cavab vermir. Həmin deputatlar istəyirlər ki, Azərbaycan öz xarici siyasətini məhz onların diqtəsi ilə həyata keçirsin, müstəqilliyindən imtina etsin. Şübhəsiz ki, bu, beynəlxalq hüquq normalarına, diplomatiya qaydalarına uyğun bir məsələ deyil. Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, öz daxili, xarici siyasətini xarici qüvvələrin, fondların maraqlarına xidmət edən deputatların diqtəsi ilə müəyyən etsin.

Qətnamədə əks olunanlar heç bir həqiqəti əks etdirmir. Azərbaycanda demokratiya, azad internet var. Bu cür qətnamənin qəbul olunması Azərbaycana təzyiq vasitəsidir. Əlbəttə, bunlar heç bir zaman Azərbaycan cəmiyyəti tərəfindən qəbul oluna bilməz`-deyə A.Mirzəzadə etirazını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti