Xocəsəndəki dəhşətli qətlin üstü açıldı

Xocəsəndəki dəhşətli qətlin üstü açıldı
  06 Fevral 2016    Oxunub:3111
Ötən il Abşeronda törədilən ağır qətl hadisəsinin üstü açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti