Xəzərdə batan gəncin cəsədi tapılıb

Xəzərdə batan gəncin cəsədi tapılıb
  30 Aprel 2016    Oxunub:1615
Balıq tutmaq məqsədilə qayıqla Xəzər dənizinə çıxan şəxsin cəsədi tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq batan 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

N.Nəzərovun meyti ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə tapılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti