Xamneyi Şeyxə məktub göndərdi

Xamneyi Şeyxə məktub göndərdi
  21 Noyabr 2014    Oxunub:1404
İran İslam Respublikasının Ali dini rəhbərinin Aparatından Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərilib.
AzVision.az həmin məktubu təqdim edir:

"Hörmətli Şeyxülislam!

İran İslam Respublikasının Ali dini rəhbəri Həzrəti Ayatullahul-Uzma Seyid Əli Xamenei cənablarına böyük ehtiramla göndərdiyiniz məktub ona təqdim olunub. İran İslam Respublikasının Ali dini rəhbəri səmimi məktubunuza və diqqətinizə görə cənabınıza öz minnətdarlığını bildirir. Uca Allahın dərgahından Sizə möhkəm cansağlığı, uğurlar, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının əhalisinə isə başucalığı arzulayır".

Məlumat üçün bildirək ki, məktubu İran İslam Respublikasının ali Dini rəhbərinin Aparatının Beynəlxalq Əlaqələr üzrə müavini Möhsün Qumi imzalayıb.


Teqlər:  





Xəbər lenti