Xalq artistlərinin iş problemi həll olundu

Xalq artistlərinin iş problemi həll olundu
  06 Fevral 2017    Oxunub:2255
“Teatrdan uzaqlaşdırılma məsələmiz artıq həll olunub. Hər şey yaxşıdır. Hazırda iş başındayam, yubiley tədbirinə hazırlaşıram”.
Bunu AzVision.az-a Xalq artisti Yasin Qarayev direktor Mübariz Həmidovun onu və xalq artistləri Ağxan Salmanovu, Cənnət Səlimovanı yarımştata keçirməsi ilə bağlı məsələdən danışarkən deyib.

“Bu gün işə çıxmışam. Düşünürəm ki, hər hansısa problem olmayacaq və bizim məsələ həll olunacaq. Tetarın kollektivi ilə birlikdə aktrisa Firəngiz Şərifovanın qəbrini ziyarət edib qayıtmışıq. Kollektivlə bir yerdəyəm. Fevral ayının 8-i Ağaxan Salmanlı ilə yubiley tamaşamıza hazırlaşıram. Teatrda mənə qarşı xoşəgəlməz, narazı salacaq münasibət yoxdur”.

Qeyd edək ki, Y. Qarayev mətbuata açıqlamasında Azərbayacan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbəri Mübariz Həmidovun adlarını çəkdiyimiz xalq artistlərini yarımştata keçirdiyini, səbəb kimi isə teatrın maliyyə durumu olduğunu demişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti