Xalq artistinin oğlu faciəli şəkildə öldü

Xalq artistinin oğlu faciəli şəkildə öldü
  22 Oktyabr 2016    Oxunub:5664
AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı AzTV-nin əməkdaşı Ruslan Həsənov sosial şəbəkədəki səhifəsində yazıb. Qeyd edib ki, hadisə oktyabrın 20-də axşam saatlarında baş verib

Yolu keçmək istəyən Rəşad Zöhrabovu avtomobil vurub. Həkimlərin müdaxiləsinə baxmyaraq, o, bir gün sonra müalicə aldığı xəstəxanada keçinib. Dünyasını dəyişən rejissorun dörd övladı var.

Ruslan Həsənov bildirib ki, mərhumla vida mərasimi Təzə Pir Məscidinin “Vida” zalında olacaq.

Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti