Xaçmazdakı yararsız ətlər məh edilib
Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 20 (iyirmi) nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Xaçmaz rayonunda aşkar edilən ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması müəyyən edilib.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Xaçmaz rayonunda aşkarlanan və paytaxta gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, aidiyyəti qurumlarla bu istiqamətdə lazımı tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcək.
AzVision.az