XİN-dən tutulan İŞİD-çilərlə bağlı AÇIQLAMA

XİN-dən tutulan İŞİD-çilərlə bağlı AÇIQLAMA
  24 Noyabr 2014    Oxunub:2278
“Türkiyə ərazisindən Suriyaya keçmək istəyərkən həbs olunan 4 azərbaycanlı ilə bağlı araşdırma aparılır”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyədəki diplomatları məsələni araşdırır:

“Hazırda araşdırma aparılır. Bundan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”,-deyə XİN sözçüsü əlavə edib.

Qeyd edək ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd edən 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb. Onların bir ailənin üzvü olduğu bildirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti