XİN-dən Qarabağa köçən rus milyarderlə bağlı Açıqlama

XİN-dən Qarabağa köçən rus milyarderlə bağlı Açıqlama
  07 İyul 2015    Oxunub:2583
Azərbaycan Dağlıq Qarabağa köçən rus milyarder German Sterliqovla bağlı araşdırmaya başlayıb.
AzVision.az-ın məlumatına görə, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, German Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi faktı hal-hazırda araşdırılır: “Bu şəxs qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının Qanununu pozub. Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

Xatıladaq ki, məşhur rusiyalı milyarder German Sterliqov və onun ailəsi – həyat yoldaşı Alena və beş övladı Rusiyadan Qarabağa köçüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti