Vurulan təyyarə ilə bağlı gülünc iddia

Vurulan təyyarə ilə bağlı gülünc iddia
  30 Yanvar 2015    Oxunub:3599
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun cəbhənin Ağdam istiqamətində vurulan ermənilərə məxsus Pilotsuz Uçan Aparatın (PUA) vurulması xəbərini təkzib edib.
Xəbərdə deyilir ki, guya Azərbaycan Ordusu özünə məxsus PUA-nı dəyişik salaraq vurub və vurulmuş PUA-nın ermənilərə məxsus olmadığını bəyan edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Anspress-ə açıqlamasında bildirdi ki, bu Ermənistan Müdafiə Nazirliyinin gülüşə səbəb olan yalanıdır:

"Görünür Ermənistan Müdafiə Nazirliyinin başbilənləri növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir".


Teqlər:  





Xəbər lenti