Vidadi Zeynalovun səhhətində problem yaranıb

Vidadi Zeynalovun səhhətində problem yaranıb
  23 İyul 2016    Oxunub:2478
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun səhhətində problem yaranıb”
AzVision.az xəbər verir ki, bunu APA-ya Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov deyib. O bildirib ki, V. Zeynalovla dünən görüşüb: “O, bel ağrılarından əziyyət çəkir və müayinə olunmaq istəyir”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti