Vergilər Nazliyinə edilən şikayətlər

Vergilər Nazliyinə edilən şikayətlər
  09 Oktyabr 2015    Oxunub:2059
Bu ilin 9 ayı ərzində vergi orqanlarına cəmi 66 708 müraciət daxil olub ki, onlardan da 96,5%-i ərizə, 3,4%-i şikayət və 0,1%-i təklifdir.
Vergilər Nzairlyinin Analitik informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, müraciətlərin 39,0%-i kameral vergi yoxlamaları, 31,8%-i müxtəlif arayışların alınması, 7,2%-i vergi borcları, 2,3%-i vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti, 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 15,1%-i isə digər məsələlərlə bağlı olub.

Ümumilikdə müraciətlərin 70,0%-i müsbət həll olunub, 23,1%-i üzrə müvafiq izahatlar verilib, 4,0%-i əsassız sayılmış, 0,6%-i qismən həll olunub, 0,5%-i aidiyyəti üzrə göndərilib, 1,8%-i icradadır.

Nazirlikdən onu da bildiriblər ki, 2015-ci ilin 9 ayı ərzində vergi orqanlarında 2 882 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Hesabat dövründə vergilər naziri tərəfindən Hacıqabul, Ağdam, Şabran, Qazax və Naftalan şəhərlərində vətəndaşların səyyar qəbulları keçirilib. Bu qəbullar zamanı edilən müraciətlər əsasən, vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirləri, güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və s. məsələlərlə bağlı olub. Hər bir müraciətə fərdi qaydada yanaşılaraq, qanunamüvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti