Vahid Ələkbərov İranda biznesə girişir

Vahid Ələkbərov İranda biznesə girişir
  27 Noyabr 2014    Oxunub:1949
Azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov İran islam Respublikasının neft naziri Bijan Zənqani ilə İran layihələrində iştirak etmək imkanlarını müzakirə edib.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər yayıb.

Rusiya şirkəti İrana məxsus neft yataqları – Azar və Şenqule işlənməsində iştirak etmək niyyətindədir. Qeyd edək ki, bu yataqları “Lukoyl” və Norveçin “statoil” şirkətləri birgə kəşf ediblər.

Bundan əlavə görüş zamanı görüşdə Xəzərin İran sektorunda, Fars körfəzinin akvatoriyasında birgə geoloji-geofiziki tədqiqatların keçirilməsi məsələləri müzakirə edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti