Ukraynada ölənlərin sayı 7 minə yaxınlaşır

Ukraynada ölənlərin sayı 7 minə yaxınlaşır
  29 İyul 2015    Oxunub:2037
Ötən ilin aprel ayından etibarən Ukraynanın şərqində başlayan silahlı münaqişə nəticəsində 6,8 mindən çox insan ölüb.
AzVision.az-ın "TASS"-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər.

"2015-ci il, iyul ayına olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişin də daxil olmaqla, 6832 nəfər olub, yaralıların sayı isə 17087 nəfər təşkil edib",- deyə hesabatda vurğulanır.

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti