Ukraynada azərbaycanlı mer güllələnib - YENİLƏNİB

Ukraynada azərbaycanlı mer güllələnib  - YENİLƏNİB
  26 İyul 2014    Oxunub:977
Bu gün səhər saatlarında Ukraynanın Poltava vilayətində yerləşən Kremençuq şəhərinin meri Oleq Babayev güllələnib.

Bu barədə AzVision.az “Ukrayinskaya Pravda” qəzetinə istinadən xəbər verir.

“Babayev yaşadığı binanın qarşısında güllələnib. Ona üç dəfə atəş açılıb” –deyə, məlumatda bildirilir.

AzVision.az-ın məlumatına görə, Oleq Babayev əslən azərbaycanlıdır. Belə ki, onun atası Şəmkir rayonunda anadan olub.

Cinayətlə bağlı Ukrayna DİN-in yaydığı məlumatda bildirilir ki, faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Hazırda hadisə yerində araşdırmalara başlanılıb.

Qeyd edək ki, Oleq Babayev 2010-cu ilin noyabrından Kremençuk şəhərinin meri vəzifəsini icra edib. O, 2007 noyabr – 2010 noyabr tarixlərində Ukrayna Ali Radasının depuatı olub. Babayev “Vorskla” futbol klubunun prezidenti, “Kremen” futbol klubunun isə fəxri prezidentidir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti