Türkiyənin Naxçıvandakı baş konsulu dəyişdirilib

Türkiyənin Naxçıvandakı baş konsulu dəyişdirilib
  22 Noyabr 2014    Oxunub:1655
Noyabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin yeni Baş konsulu Nihat Erşen-i qəbul edib.
AzVision.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, Vasif Talıbov görüşdə Naxçıvanın Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün əhəmiyyətini çatdırıb. O, Naxçıvanın dünyaya tanıdılmasında birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Naxçıvanda çalışmaqdan məmnun qaldığını bildirən Nihat Erşen ikitərəfli münasibətlərin inkişaf etdirilməsində əlindən gələni edəcəyini deyib.

Nihat Erşen-den öncə bu vəzifəni Ali Rza Akıncı icra edirdi. O, ötən ilin oktyabrında bu vəzifəyə təyin olunmuşdu.


Teqlər:





Xəbər lenti