Türkiyəli müğənnidən Anar Məmmədova JEST - VİDEO

Türkiyəli müğənnidən Anar Məmmədova JEST - VİDEO
  20 Dekabr 2014    Oxunub:4015
Türkiyəli müğənni Mustafa Ceceli “Kalpten” adlı yeni albomuna 2 Azərbaycan mahnısı daxil edib.
AzVision.az-ın məlumatına görə, mahnılarından biri sözləri nəqliyyat naziri Ziya Məmədovun oğlu Anar Məmmədova məxsus “Aləm gözəl” mahnısıdır.

Alboma cəmi 14 mahnı daxildir. Albomun hazırlanmasına Sezen Aksu da dəstək olub. Belə ki, alboma onun 4 mahnısı daxil edilib. Sezen Aksunun oğlu Mithat Can da Ceceli üçün “Kucak kucak” adlı mahnı yazıb.Mahnıların hamısını isə Mustafa Ceceli aranjeman edib.

Qeyd edək ki, M.Ceceli ölkəmizdə verdiyi konsertlər zamanı bir neçə Azərbaycan mahnısı oxumuşdu. O, Hadisə ilə birgə musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan "Sən elə bir zirvəsən", xalq mahnımız “Tar kamanım” və Röya ilə birgə "Gizli sevgi" mahnısını ifa etmişdi.



Fatimə Kərimli
AzVision.az



Teqlər:





Xəbər lenti