Türkiyədə yenə terror - 2 şəhid

Türkiyədə yenə terror - 2 şəhid
  31 İyul 2015    Oxunub:2295
Türkiyədə PKK terrorçuları növbəti dəfə terror hadisəsi törədib.
AzVision.az xəbər verir ki, bu dəfə Adana vilayəti Pozantı rayonunun polis bölməsi PKK terrorçularının hücumuna məruz qalıb.

Nəticədə 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib. Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb. Onun Polis İdarəsinə soxularaq, orada özünü partlatmaq istədiyi bildirilir.



Qeyd edək ki, ötən gün Şırnak vilayətində 3 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsi baş verib.


Teqlər:  





Xəbər lenti