Türkiyədə daha bir mədən qəzası

Türkiyədə daha bir mədən qəzası
  01 Noyabr 2014    Oxunub:1710
Türkiyənin Bartın bölgəsində Amasra qəsəbəsinin Tarlaağzı kəndində mədən çöküb.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində 3 çinli işçi mədəndə qalıb. Onlardan biri 2 saatdan sonra xilas edilib, digər 2 işçinin xilas edilməsi üçün isə işlər davam etdirlir.

Hadisə Türkiyə vaxtı ilə səhər saat 04:30-da olan qəza yerin 300 metr dərinliyində baş verib. Özəl şirkətə məxsus olan mədənin çinli işçiləri Karamandakı mədən qəzasından sonra rəhbərliklə görüşüb təhlüksəzilik tədbirlərinin artırılmasını tələb edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti