Türkiyədə cəmi 209 general qalıb

Türkiyədə cəmi 209 general qalıb
  28 İyul 2016    Oxunub:2354
Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar yüksək rütbəli zabitlərin ordu sıralarından xaric olunması davam edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Silahlı Qüvvələrdən tərxis olunanların 149-u general və admiral, 1099-u isə polkovnikdir.

O cümlədən quru qoşunlarından 87 general və 726 polkovnik, Hərbi Hava Qüvvələrindən 30 general və 314 polkovnik, Hərbi Dəniz Qüvvələrindən 32 admiral və 59 polkovnik və 63 polkovnik-leytinant tərxis edilib.

Bunulada Türkiyə Silahlı Qüvvələrində qalan generalların sayı 209 nəfərə çatıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti