Türkiyədə Ebola həyəcanı

Türkiyədə Ebola həyəcanı
  18 Sentyabr 2014    Oxunub:1208
Qonşu Türkiyədə Ebola həyəcanı yaşanıb.
Çanakkale şəhərində həbsxanada olan məhkumlardan birində ebola virusu aşkarlanıb.

Belə ki, miqrant kimi Türkiyəyə daxil olan lakin sonradan polislər tərəfindən həbs edilən Əfqanıstan əsilli İtan vətəndaşı Jamad Heydari həbsxanada özünü pis hiss edib.

Həbsxanaya təcili tibbi yardımın əməkdaşları çağırılıb. Müayinə zamanı Jamad Haydaridə ebola virusunun əlamətləri aşkarlanıb.Xəbər Türkiyəni təşvişə salıb.

Məhkum xüsusi təcili tibbi yardım maşını Çanakkale Dövlət xəstəxanasına aparılıb. Xəstəxanada o, ətraflı müayinə olunduqdan sonra məlum olub ki, Heydaridə ebola virusuna yoluxmayıb, sadəcə bronxları infeksiyaya yoluxub.


Teqlər:  





Xəbər lenti