Türkiyə rus pilotun cəsədini ölkəsinə belə qaytardı - FOTOLAR

Türkiyə rus pilotun cəsədini ölkəsinə belə qaytardı - FOTOLAR
  30 Noyabr 2015    Oxunub:2630
Türkiyə “Su-24” tipli təyyarənin vurulması nəticəsində həlak olan pilotunun cəsədini fəxri mərasimlə Rusiyaya təhvil verib.
Oleq Peşkovun nəşi hazırda Esenboğa hava limanındadır və yaxın vaxtlarda təyyarə ilə Rusiyaya yola salınacaq. Bu barədə AzVision.az “Hurriyet Daily News”-a istinadən xəbər verir.

Nəşr qeyd edir ki, rus pilotun cəsədi Hatay vilayətindən Ankaraya gətirilib və o, paytaxtda bir gün klinikalardan birində saxlanılıb. Cəsədin konkret olaraq kimə təhvil verilməsi barədə məlumat verilmir.

Rusiyanın Ankaradakı səfirliyi də məlumatı təsdiqləyib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti