Türk Şurası BMT yanında müşahidəçi statusu ala bilər

Türk Şurası BMT yanında müşahidəçi statusu ala bilər
  23 Avqust 2016    Oxunub:1299
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) üç ildir BMT yanında müşahidəçi statusunu almaq üçün müraciət edib.
AzVision.az xəbər verir ki, bunu Türk Şurasının baş katibi Ramil Həsənov deyib:

`Təəssüf ki, bir neçə ölkə altıncı komitədə Türk Şurasının üzvlüyünə etiraz etdiyi üçün bu, baş tutmayıb. Ümid edirik ki, yaxın aylarda bu məsələ həllini tapacaq`-deyə o, bildirib.

Türkdilli ölkələrin dövlət başçılarının altıncı zirvə görüşünün bu il Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunacağını bildirən R.Həsənov yeddinci sammitin 2017-ci ildə Bakıda keçiriləcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan R.Həsənov bildirib ki, Türk Şurasına üzv ölkələr bu münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. BMT-nin qətnamələrində də bu torpaqları işğal olunan ərazilər kimi qeyd edilir. Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır və münaqişə Helsinki Yekun Aktında göstərilən müddəalar əsasında həllini tapmalıdır.

Ramil Həsənov Türkdilli ölkələrin tarixinə dair ümumi dərslik üzərində işin başa çatdırıldığını da qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti