Tunel qazaraq həbsxanadan qaçdılar

Tunel qazaraq həbsxanadan qaçdılar
  19 Avqust 2014    Oxunub:1918
Braziliyada 13 məhbus tunel qazaraq həbsxanadan qaçıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhbuslar qaçarkən videolarını çəkib və bu görüntüləri internetdə paylaşıblar. Görüntülərdə onların kameraya baxaraq “viktori” işarəsi göstərdikləri görünür.

Hadisənin baş verdiyi Rio Verde şəhərinin polis rəisi Caklin Kamarqo Maçado da hadisənin baş verməyini təsdiqləyib. Maçado bildirib ki, son iki aydır həbsxanada axtarış aparılmayıb. Məhbusların qaçmağının və qaçarkən polisi ələ salmağının əsas səbəbinin məhbuslara nəzarətdə səhlənkarlıq olduğu bildirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti