Toydan qayıdan ailə qəzaya düşdü: 1 ölü, 2 yaralı

Toydan qayıdan ailə qəzaya düşdü: 1 ölü, 2 yaralı
  21 Oktyabr 2014    Oxunub:1413
Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Qəza şəhərin Nizami prospektində, Bayraq meydanının yaxınlığında baş verib. Göygöl rayon sakini, 26 yaşlı Emil Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə 22 yaşlı Reyhun Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Niva”nın sürücüsü Emil Məmmədov, onun anası Həqiqət Ələsgərova və qohumları Nahidə Hüseynova yaralanaraq Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Nahidə Hüseynova xəstəxanada dünyasını dəyişib. Məlumata görə, “Niva”-da olanlar toydan gəlirmişlər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(APA)


Teqlər:





Xəbər lenti