Toyda kütləvi dava - Yaralılar var

Toyda kütləvi dava - Yaralılar var
  29 Sentyabr 2016    Oxunub:2351
Bakıda toyda kütləvi dava baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toyun qonağı ilə inzibatçı arasında mübahisə yaranıb.

Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Davaya ofisiantlar və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 21 yaşlı Araz Tağıyevin vəziyyəti digərlərinə nisbətən ağır olub. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. Faktla əlaqədar araşdırmalar aparılır.


AzVision.az


Teqlər:  





Xəbər lenti