Tillersonun namizədliyi dəstəkləndi

Tillersonun namizədliyi dəstəkləndi
  24 Yanvar 2017    Oxunub:1625
ABŞ senatının xarici işlər üzrə komitəsi “Exxon Mobil” neft şirkətinin keçmiş rəhbəri Reks Tillersonu dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləyib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, səsvermə zamanı 11 senator Tillersonun leyhinə, 10-u isə əleyhinə səs verib. Senatorlar Con Makeyn, Lindsey Qraham, Marko Rubio əvvəllər Tillersonun namizədliyini tənqid etsələrdə sonradan onu dəstəkləyiblər.

Qeyd edək ki, R. Tillersonun bu vəzifəyə təyin edilməsi üçün bütün palatanın iclası keçirilməlidir. Palatanın iclasında yeni namizəd 100 səsdən azı 51-ni toplamalıdır. Plenar iclasın gələn həftədən tez olmayaraq baş tutması gözlənilir.

Xatırladaq ki, “Exxon Mobil”ın rəhbəri R. Tillerson dəfələrlə Rusiyada olub. O, 2013-cu ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən “Xalqlar dostluğu” ordeni ilə təltif edilib. Hətta bu ordeni Reksə prezidentin özü təqdim edib. ABŞ-ın yeni prezidenti Donald Tramp isə Reks Tillersonu 2016-ci il dekabrın 13-də dövlət katibi vəzifəsinə namizəd elan edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti