Tərtərdə raket qalıqları tapılıb

Tərtərdə raket qalıqları tapılıb
  22 Oktyabr 2016    Oxunub:1200
Tərtər rayonunda partlamış raket qalıqları aşkar olunub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AzVision.az-a verilən məlumata görə, Tərtər rayonunun Hacıqərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamış 9M22U (Qrad) raketinin qalıqları aşkar edilərək götürülüb.

Nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti