Tarixi abidələrin qorunması ilə bağlı təklif

Tarixi abidələrin qorunması ilə bağlı təklif
  18 Yanvar 2017    Oxunub:1578
Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqat aparılacaq.
AzVision.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa dəyişiklik edilməsi təklif edilib.

Layihə barədə komitə sədri Rafael Hüseynov məlumat verib.

Qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Dəyişiklik layihəsinə əsasən isə, müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti