Tanınmış model milyoner sevgilisini güllələdi

Tanınmış model milyoner sevgilisini güllələdi
  28 May 2016    Oxunub:1728
Slovakiyalı model Mayka Kukuçova keçmiş sevgilisi milyoner Endryu Buşun qətlində təqsirli bilinib.
Bu barədə The Guardian nəşri yazır. Məlumata əsasən, 26 yaşlı modelin işinə İspaniyanın Malaqa şəhər məhkəməsi baxır. Prokurorluq Kukuçovannı 25 il azadlıqdan məhrum olunmasını tələb edib.

Məhkəmə zamanı gənc qız ağlayıb və bildirib ki, o heç vaxt sevgilisini incitmək istəməyib.

Xatırladaq ki, 48 yaşlı Buş 2014-cü ildə İspaniyanın Kosta-del-Sol rayonunda şəxsi evində qətlə yetirilib. Zərgərlik mağazalar şəbəkəsinin keçmiş sahibinə 3 dəfə atəş açılıb. Kukuçkova dostuna mübahisə zamanı atəş açdığını bildirib, lakin qətl faktını inkar edib.

Hadisədən bir müddət əvvəl Buş Kukuçkovadan ayrılmışdı. O, Rusiyadan olan tələbə Mariya Korotayeva ilə görüşürdü. Cütlük İspaniya sahillərinə istirahətə gələndə, Buş burada keçmiş sevgilisini görüb. Onlar arasında başlayan mübahisə zamanı Kukuçkova sevgilisini güllələyərək öldürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gənc modeli Slovakiyada saxlayıb. (Oxu.az)

AzVision.az


Teqlər:





Xəbər lenti