TQDK növbəti SAT imtahanını keçirəcək

TQDK növbəti SAT imtahanını keçirəcək
  29 Avqust 2016    Oxunub:1236
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 1-də növbəti SAT imtahanını keçirəcək.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, SAT imtahanında iştirak etmək istəyənlərin qeydiyyatı başlayıb.

Bildirilib ki, qeydiyyat sentyabrın 2-i saat 09.00-dək davam edəcək: “Gözləmə siyahısı üçün qeydiyyat isə sentyabrın 21-ə kimi davam edəcək. Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür”.

AzVision.az


Teqlər:





Xəbər lenti