TDQK abituriyentlərə müraciət edib

TDQK abituriyentlərə müraciət edib
  25 İyul 2016    Oxunub:2937
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hərbi tibb fakültəsinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına qəbul olunmaq istəyən abituriyentlər iyulun 28-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müraciət edə bilərlər.

Müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında (Azərbaycan bölməsi) 450 və daha çox bal toplamış, 15 sentyabr 2016-cı ilə qədər 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Hərbi Tibb fakültəsinə qəbul olunan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti